03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Amerikalı jurnalistlərlə bağlı bəyanat yayılıb

16.05.2020

Misirin Dövlət İnformasiya Xidməti (SIS) ABŞ-ın "New York Times” və Washington Post” qəzetlərinin bu ölkədəki müxbirləri ilə bağlı bəyanat yayıb.

Amerikalı jurnalistlər Misirdə koronavirus pandemiyası və insan hüquqları haqqında yazdıqları məqalələri müzakirə etmək üçün SIS-in sədri Diya Raşvan ilə görüşə çağırılıblar. Qeyd olunub ki, ABŞ jurnalistləri beynəlxalq mətbuat standartlarını pozaraq həqiqətə uyğun olmayan məlumatlar yayıblar.

Xatırladaq ki, SIS bu ilin martında Misirdə koronavirus pandemiyasının miqyası haqqında şişirdilmiş rəqəmlər əsasında məqalə yazdığı üçün İngiltərənin "Guardian” qəzeti müxbirinin də akkreditasiyasını ləğv edib.