03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Toylara sentyabradək qadağa qoyulub? - AÇIQLAMA

16.05.2020

Ötən gündən bəri Azərbaycanda toyların keçiriləcəyi vaxtın açıqlanması ilə bağlı məlumatlar yayılıb.
Sosial şəbəkələrdə yazılanlara görə, guya bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulub.
Guya bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlama verib.
Məsələyə aydınlıq gətirmək üçün qurumla əlaqə saxladıq.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlı belə söz deməyib.
"Ramin Bayramlı belə bir açıqlama verməyib. Onun adından yalandan belə məlumat yayıblar”, - deyə Rəvanə Əliyeva bildirib.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək davam edəcək. Mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.