ABŞ Almaniyadakı nüvə silahlarını Polşaya daşıya bilər  
    
                          
     
                         16.05.2020
 
    
                        Polşa öz ərzisində ABŞ nüvə silahını yerləşdirə bilər.
Bunu ABŞ-ın Polşadakı səfiri Corcet Mosbaher deyib.
"Əgər Almaniya nüvə silahını ixtisar etmək və NATO-nu zəiflətmək istəyirsə, yəqin ki, riskləri başa düşən Polşa onu öz ərazisində yerləşdirmək istəyə bilər”, - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenel Berlinin NATO-nu nüvə gücü olmaqdan yayındırdığını deyib.