03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN

15.05.2020

"Hazırda ölkədə koronavirus pandemiyasının ikinci dalğası yaşanır. Bu prosesin hansı formada davam edəcəyi sosial məsuliyyətdən, vətəndaşların davranışından asılı olacaq”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, koronavirusa yoluxanların 76,6 faizində yüngül, 23-24 faizində isə daha ağır simptomlar qeydə alınıb:
"Xəstələrin 7-12 faizinin vəziyyəti ağır, 4,5 faizinin vəziyyəti isə daha ağır kimi qiymətləndirilib. Xəstələrin 1,6 faizinin süni nəfəs aparatına ehtiyacı yaranıb”.