05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşayeva 150 seçici ilə onlayn görüşdü

14.05.2020

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son 6 gündə Tovuz rayonundan olan 150-dən artıq seçicisi ilə onlayn şəkildə görüntülü danışıb.
Millət vəkili seçicilərinin müraciətlərini, qayğılarını dinləyib və onların problemlərinin həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Eyni zamanda millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 200-ə yaxın müraciət qəbul edilib.
Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyəti qurumlara müraciətlər edib.
Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili müvafiq qurumlara rəsmi sorğu göndərib.
Müzakirələr zamanı Qənirə Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici söhbətlər də edib.
Millət vəkili eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması və pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək proqramları ilə bağlı da geniş məlumat verib.