03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uzunömürlülər kənddə COVID-19-a yoluxma qeydə alınmayıb

13.05.2020


Türkiyə əhalisi arasında ən uzunömürlü insanların yaşadığı Ordu şəhərinin Gölköy ərazisində yeni növ koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Bu barədə Türkiyənin Akdeniz Universitetində aparılan araşdırmadan məlum olub.

Ölkənin ən uzunömürlü əhalisinin yaşadığı bu kənddə orta yaş həddi 82-dir.

Aparılan araşdırmada düzgün qidalanma və fiziki məşğuliyyətlərin insanların sağlam qalmasının əsas səbəbi olaraq göstərilir. Otuz min nəfər əhalisi olan bu kənddə 70-80 yaşındakı insanlar hələ də əkin-biçim işləri ilə məşğuldurlar.

Gölköy Bələdiyyəsinin sədri Fikri Uludağ bölgədə başqa şəhərdən gələn bir nəfərdə COVID-19-un aşkarlandığını, lakin onun da artıq sağalaraq evə buraxıldığını bildirib. O, ərazidə xəstəliyin qeydə alınmamasına baxmayaraq insanların sosial məsafə qaydalarına riayət etdiklərini deyib.

Qeyd edək ki, bu kənd ölkədə ən uzunömürlü və sağlam insanların yaşadığı on bölgədən biridir.