04 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Liverpul” Macarıstan yığmasının futbolçusunu transfer etmək istəyir

13.05.2020

İngiltərənin "Liverpul” klubu Macarıstan yığmasının futbolçusu Dominik Soboslaini transfer etmək istəyir.
 Premyer Liqa təmsilçisi Avstriya "Zalsburq”unun 19 yaşlı yarımmüdafiəçisinin qarşıdakı transfer dövründə heyətinə qatmaqda maraqlıdır.
Macar futbolunun qiyməti təxminən 29 milyon avro ilə dəyərləndirilir. Lakin "Liverpul” bu məbləği ödəməklə yanaşı, futbolçuya olan digər müştərilərlə də rəqabət aparmalıdır. Dominiki İngiltərə "Arsenal”ı, Almaniya təmsilçiləri "Leypsiq” və Dortmund "Borussiya”sı da heyətinə qatmaq fikrindədir.
"Liverpul” qışda "Zalsburq”un digər oyunçusunu transfer etmişdi. Takumi Minaminoya qədər Avstriya təmsilçisində oynamış Nabi Keyta və Sadio Mane də mersisaydlıların heyətində çıxış edir.
Qeyd edək ki, Soboslai 2018-ci ildən "Zalsburq”un əsas heyətində oynayır. O, cari mövsüm 17 matçda 2 qol vurub.