04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lombardlarla bağlı MÜHÜM AÇIQLAMA

13.05.2020

"Lombardlar haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə edilib”.
Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu sferanın tənzimlənməsi, hüquqi çərçivəsi istiqamətində önəmli təkliflər Milli Məclisə təqdim olunacaq:
"Qanun layihəsinin qəbul olunması xaotiklik müşahidə olunan lombard sistemi üzərində effektiv sistem qurmağa imkan verəcək.
Burada əsas məqsəd əhalinin maraqlarının qorunmasıdır. Qanunun qəbul edilməsindən sonra lombard kreditləri ilə bağlı hesabat olacaq”.
"Həmin hesabatda faiz dərəcələri, insanlarla münasibət, faizlərin əhaliyə nə dərəcədə şəffaf açıqlandığı bilinəcək”, - deyə baş bankir əlavə edib.