04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Jirinovski: “Deputatların sayını azaldaq...”

13.05.2020

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ölkədə pula qənaət etmək və yerli parlamentlərdə sosial məsafəni təmin etmək məqsədilə deputatların sayının iki dəfə azaldılmasını təklif edib.
"Ölkə üzrə deputatların sayının azaldılmasını təklif edirəm. Pula qənaət edərik”, - deyə V.Jirinovski bildirib.
Siyasətçi, həmçinin, ölkəyə koronavirusla bağlı vəziyyəti yaxşılaşdırmaq üçün daha bir üsul təklif edib. Onun fikrincə, Rusiyada iki və ya üç ildən bir seçkilər keçirilməlidir.
Xatırladaq ki, hər il sentyabrın ikinci bazar günü Rusiyada vahid səsvermə günü təşkil olunur, həmin tarixdə federal və yerli seçkili orqanların üzvləri seçilir.