04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nikol beynəlxalq mafiya ilə saziş bağlayıb - Minasyan

13.05.2020

Ermənistan hakimiyyəti beynəlxalq mafiya ilə müqavilə imzalayıb.
Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Feysbukdakı canlı yayımı zamanı deyib.
"Mən deməliyəm ki, Nikol Paşinyan populist deyil. Qagik Çarukyandan daha yaxşı yaşamaq Paşinyanın çoxdankı arzusudur. Paşinyan populizm qanunlarını pozdu. O, dövlət oliqarxından başqa bir şey deyil”, – deyə o bildirib.
Minasyan, həmçinin, Paşinyanın öz ailə üzvlərinə avtomobil almaq üçün 600-700 min dollar xərclədiyini xatırladaraq, son 30 ildə Ermənistanın heç bir liderinin öz ailəsinin təhlükəsizliyinin təmini üçün bu qədər avtomobildən istifadə etmədiyini deyib
Minasyan Ermənistanda hazırda iki qrupun formalaşdığını bildirib. O, bu qrupların keçmişdə elə də yaxşı yaşamayıb, indi xalq hesabına yaxşı yaşayanlar və keçmişdə pis yaşayıb, indi daha pis yaşayan xalqdan ibarət olduğunu bildirib:
"Paşinyan anlayır ki, tezliklə baş nazir vəzifəsini itirəcək və bunun üçün daha çox sərvət toplamağa cəhd edir. Məhz buna görə də o, hətta beynəlxalq mafiya ilə razılaşma bağlayıb. Rusiyada bir müddət öncə Ermənistan təyyarəsindən tapılan qaçaqmal siqaret partiyası Nikol Paşinyanın qardaşı, Mənim Addımım Blokundan olan Sipan Paşinyana aiddir”.

Minasyan Paşinyana bu işdə Anna Akopyanın kadrı olan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Şuşan Nersisyanın yardım etdiyini deyib. Vasitəçi kimi isə Anna Akopyanın qardaşı Qraçyan Akopyandan istifadə olunub.