06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lider TV-dəki iddialarla bağlı AÇIQLAMA

12.05.2020

Lider TV-də işçilərə 4 ay ərzində cəmi 150 manat əmək haqqı verilməsi ilə bağlı işçilər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə heç bir müraciət daxil olmayıb.
Bu barədə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı deyib.
"Dövlət Əmək Müfəttişliyi Xidmətinə əmək hüquqlarının pozulması ilə bağlı daxil olan hər bir müraciət qanunauyğun formada araşdırılır. Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətə vətəndaşlar tərəfindən heç bir müraciət daxil olmayıb”, - o bildirib.
Qeyd edək ki, bir qədər əvvəl mətbuatda Lider TV-nin əməkdaşlarının işdən azad edilməsi və onlara 4 ay ərzində cəmi 150 manat əmək haqqı ödənilməsi barədə məlumat yayılıb. Bu iddialar isə işçilərin hüquqlarının pozulması deməkdir və şikayət üçün əsas verir.