06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp koronavirusla bağlı suala əsəbiləşərək, kürsünü tərk etdi

12.05.2020

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı jurnalistlərdən birinin verdiyi suala əsəbiləşərək, kürsünü tərk edib.
Bu barədə Star.com məlumat yayıb.
Jurnalist Trampa "ABŞ-ın bütün dünyada ən çox test aparan ölkə olduğunu söyləyir və bununla da öyünürsünüz. Bəs ölkədə hər gün insanların öldüyü və bir çox yeni yoluxmaların qeydə alındığı halda bunun bir əhəmiyyəti varmı?” sualını ünvanlayıb.
"Dünyanın hər yerində insan itkisi olur. Bəlkə də, bu sualı mənə yox, Çinə ünvanlamalısınız. Sizə qeyri-adi cavab verə bilərlər”, - deyə D.Tramp bildirib.
Jurnalistin cavabdan qane olmayaraq, yenidən danışmağa başlamasından sonra Tramp digər jurnalistlərin də suallarını cavabsız qoyaraq, konfransı tərk edib.