09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstan hökumətində dəyişikliklər gözlənilir

12.06.2018

Bu gün Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının mərkəzi ofisində parlament çoxluğunun iclası keçiriləcək.
İclasda baş nazir Giorgi Kvirikaşvili iştirak edəcək. 
Toplantıda hökumətdə nəzərdə tutulan kadr dəyişikliklərinin müzakirə olunacağı gözlənilir. Gürcüstanın "Birinci radio"su baş nazir Georgi Kvirikaşvilinin vəzifədən gedəcəyini iddia edib. Baş nazirlə birlikdə ədliyyə naziri Teya Sulukiani, iqtisadiyyat naziri Georgi Kumsişvili, xarici işlər naziri Mixal Canelidze və mədəniyyət naziri Mixail Giorqadzenin də adları istefaya gedəcək şəxslər sırasında hallanır. Hökumətin yeni tərkibi təsdiq olunana qədər baş nazir səlahiyyətlərinin icrasının daxili işlər naziri və baş nazirin 1-ci müavini Georgi Qaxariyaya həvalə olunacağı bildirilir.  "DM"