04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Merkeli Hitlerə bənzətdi, işdən qovuldu

11.05.2020

Maltanın Finlandiyadakı səfiri Zammit Tabona istefaya göndərilib.
Buna səbəb səfirin Almaniya kansleri Angela Merkeli Adolf Hitlerlə müqayisə etməsi olub.
Malta Xarici İşlər naziri Evarist Bartolo səfirin istefasını təsdiqləyərək, tezliklə Almaniyadan rəsmi şəkildə üzr istəyəcəklərini bildirib.
Qeyd edək ki, Tabona 8 mayda öz Feysbuk səhifəsində Merkeli tənqid edən paylaşım etmişdi. O, Merkelin Hitlerin Avropaya nəzarət barədə arzusunu həyata keçirdiyini bildirmişdi:
"75 il əvvəl biz Hitleri dayandıra bildik. Angela Merkeli kim dayandıracaq?”