04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə bir gündə 3211 nəfər sağalıb

10.05.2020


Türkiyə hökumətinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı təsirli tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm saylarındakı azalma davam etməkdədir. Mayın 10-də ölkə üzrə 36 min 187 nəfər üzərində test aparılıb. Onlardan 1542 nəfərin testinin nəticəsi müsbət çıxıb.

Bu barədə son rəqəmləri Səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 3211 nəfər sağalıb, 47 nəfər dünyasını dəyişib. Ölkə üzrə ölənlərim ümumi sayı 3786 nəfərə, sağalananların sayı isə 92 min 691 nəfərə çatıb. Hazırda 1154 xəstə reanimasiyada, 598 nəfər süni nəfəs aparatına qoşulmuş haldadır.

Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar mərhələli şəkildə yumşaldılır. Qadağaların aradan qaldırılmasının ilkin mərhələsinə mayın 11-dən başlanılacaq. Əhaliyə xəbərdarlıq edilib ki, virusun yayılma riskini artırmamaq üçün qaydalara əməl edilsin. Ekspertlər isə hesab edirlər ki, xüsusilə əhalinin kütləvi toplaşdığı yerlərdə nəzarət azalsa, virusun ikinci dalğası yarana bilər. İstənilən halda, hökumət bütün mümkün variantlar üzrə vəziyyətə nəzarəti ciddi şəkildə saxlayır. Görülən tədbirlər arasında gündəlik test sayının artırılması da var. İndiyədək ölkə üzrə 1 milyon 370 min 598 nəfər yoxlamadan keçirilib.