29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pandemiya Türkiyədəki yeniliklərə təsir etməyəcək

10.05.2020


Mayın 10-da İstanbulda şəhərin mərkəzi hissəsi ilə yeni aeroportu birləşdirən "Qayrettepe-İstanbul aeroportu” metro xəttinin bir qisminin tamamlanması münasibətilə tədbir keçirilib.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telekonfrans vasitəsilə iştirak edib.

Türkiyə Prezidenti çıxışında bu yeni layihə ilə İstanbulun tıxac probleminin aradan qaldırılacağını bildirib.

Pandemiyanın ölkədəki yeniliklərə təsir etməyəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan İstanbulda inşa edilən yeni xəstəxanalar barədə də məlumat verib.

Bildirilib ki, səhiyyə turizmi ilə əlaqədar ölkəyə gələnlər Atatürk aeroportu ərazisində inşa edilən xəstəxanaya yerləşdiriləcəklər.