29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident Qarabağ müharibəsi əlilinə ev verib

10.05.2020


Yevlax rayon sakini, 1-ci qrup Qarabağ müharibəsi əlili Həsənov Tahir Hüseyn oğlunun Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciəti əsasında onun üçün növbədənkənar 2 otaqlı mənzil inşa edilib. Tahir Həsənovun əlil olması nəzərə alınaraq onun evinə rahat giriş-çıxışının təmin edilməsi üçün pandus quraşdırılıb. Həmçinin Qarabağ müharibəsi əlilinin istəyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən mənzilin otaqları, mətbəxi lazımi mebellə təchiz edilib, dizayna uyğun olaraq pərdələr asılıb, həyətyanı sahədə abadlıq işləri görülüb, meyvə və bəzək ağacları əkilib.

Yeni inşa olunmuş mənzil mayın 9-da Tahir Həsənova təqdim edilib.

Göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə dərin təşəkkürünü bildirən Tahir Həsənov 1971-ci ildə Novosibirski Ali hərbi siyasi məktəbini bitirərək, bir neçə ölkədə zabit kimi hərbi xidmət keçib.1984-cü ildə Azərbaycana qayıdıb və xidmətini Naxçıvanda davam etdirib. O, Moskvada Lenin adına Hərbi Siyasi Akademiyanı bitirəndə ulu öndər Heydər Əliyevlə görüşüb və akademiyanı bitirməsi barədə diplomu ona Ümummilli Lider Heydər Əliyev təqdim edib. Ermənistanın Azərbaycana təcavüzü başladığı gündən o, torpaqlarımızın azadlığı uğrunda tabor komandiri kimi döyüşlərə qoşulub, uzun döyüş yolu keçərək briqada komandiri vəzifəsinə qədər yüksəlib. Füzuli rayonunda gedən döyüşlər zamanı ağır yaralanan Tahir Həsənov polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb.