29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Metroda sərnişin inzibati məsuliyyətə cəlb edilib

10.05.2020


Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti mayın 9-u saat 06:00-dan bərpa edilib. Həmin məlumatda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar pandemiya dövründə Bakı Metropoliteni fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına uyğun quracağı bildirilib.

"Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu qaydalara görə, metro sərnişinləri "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən tibbi maska taxmalıdırlar. Lakin mayın 9-da metropolitenin "20 Yanvar” stansiyasında 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə tələbinə məhəl qoymadan mübahisə edib. Polis əməkdaşının metodiki göstərişin müvafiq tələbini izah etməsinə əhəmiyyət verməyən sərnişin inzibati məsuliyyətə cəlb edilib.

İnzibati Xətalar Məcəlləsinin 535. 1 maddəsinin tələblərinə zidd hərəkət etmiş N.Rəhmanoğlu Yasamal rayon məhkəməsində səhvini etiraf edib. Ona 10 sutka həbs cəzası verilib.

Ümumilikdə gün ərzində metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib. Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib.

"Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə bir daha çatdırır ki, Operativ Qərargahın müvafiq metodiki göstərişlərinə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər inzibati məsuliyyətə cəlb olunacaqlar.