29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MALL-lar mayın sonunda açılacaqmı?

10.05.2020


Böyük ticarət mərkəzlərinin açılması məsələsi də gündəmdədir. Bu məsələ ilə bağlı müzakirələr aparılır. Lakin böyük ehtimalla onların may ayın sonuna kimi açılması gözlənilmir. Operativ Qərargah bütün statistik göstəriciləri təhlil edərək qərar verəcək.

Bunu dünən  Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı qeyd edib ki, böyük ticarət mərkəzləri açılsa belə, orada yoluxma riskini artıran sahələrdəki fəaliyyətlərə məhdudiyyətlər qoyula bilər: "Məsələn, ticarət mərkəzlərindəki uşaq əyləncə mərkəzləri, qida bölmələri kimi yerlərin fəaliyyətinə məhdudiyyətlər tətbiq oluna bilər. Lakin hər şey qarşıdakı statistik göstəricilərdən asılıdır”.