29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə bir gündə 50 nəfər ölüb

09.05.2020


Türkiyə hökumətinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı təsirli tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm sayındakı azalma davam edir. Mayın 9-da ölkədə 35 min 605 nəfər üzərində test aparılıb. Onlardan 1546 nəfərin nəticəsi pozitiv çıxıb.

Bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb.

Bildirilir ki, gün ərzində 3 min 84 nəfər sağalıb, 50 nəfər dünyasını dəyişib. Ölkə üzrə ölənlərim ümumi sayı 3739 nəfərə, sağalananların sayı 89 min 480 nəfərə çatıb. Hazırda 1168 xəstə reanimasiyada, 628 nəfər süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar mərhələli şəkildə yumşaldılır. Qadağaların yumşaldılmasının birinci mərhələsinə mayın 11-dən başlanacaq.