29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İkinci dalğa qorxulu olmayacaq

09.05.2020

Pandemiyanın ikinci dalğasını gözləyirdik. İkinci dalğadan qorxmaq lazım deyil. Bu, onu göstərir ki, birinci dalğada yetərincə uğur əldə etmişik. Çünki kiçik dalğaların qeydə alınması bir böyük dalğanın baş verməsindən yaxşıdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, kiçik dalğalarla mübarizə aparmaq daha asandır. Azərbaycan və dünyadakı bütün ölkələr bunu etməyə çalışırlar. Burada əhalinin ictimai səhiyyə tədbirlərinə riayət etməsi də son dərəcəli önəmlidir.