29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kim Çen Putinə teleqram yolladı

09.05.2020

Şimali Koreya lideri Kim Çen İn Rusiya Prezidenti Vladimir Putinə Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibətilə təbrik teleqramı göndərib.
Təbrik teleqramında deyilir:

"75 il əvvəl Rusiya xalqı misilsiz qəhrəmanlıq və fədakarlıq göstərərək, bəşəriyyətin taleyini təhdid edən faşizmə qarşı ədalətli müharibədə böyük qələbə qazandı və bununla da vətənlərini müdafiə etdi. Eyni zamanda bütün dünyada sülhü və təhlükəsizliyini müdafiə etdi. Rus xalqının qəhrəmanlıqları və tarixi xidmətləri ədaləti və sülhü sevən bütün ölkələrin xalqlarının yaddaşında əbədi qalacaq”.

Kim Çen İn KXDR-lə Rusiya arasındakı strateji və ənənəvi dostluq münasibətlərinin yeni əsrin tələblərinə uyğun davamlı olaraq möhkəmlənəcəyinə və inkişaf etdiriləcəyinə inandığını bildirib:

"Səmimi qəlbdən arzulayıram ki, müharibədə böyük bir qələbə ənənəsini miras alan siz və Rusiya xalqı qüdrətli Rusiyanın qurulması və qlobal pandemiyanın – yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində qələbə qazanasınız”.