06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşa ilə bağlı BƏYANAT

08.05.2020

Azərbaycanın Serbiyadakı səfirliyi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatını yayıb.
Bəyanat Serbiyada akkreditə olunmuş diplomatik korpusa, Serbiya dövlət və hökumət rəsmilərinə və ziyalılarına göndərilib. Habelə sənəd səfirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrində də dərc olunub.
Bəyanatda deyilir ki, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan şəhəri olan Şuşa işğal edilib. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb. Habelə Azərbaycana məxsus çoxsaylı mədəni irs, abidələr, muzeylər dağıdılaraq talan edilib.
Habelə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır.