06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

S-400 komplekslərinin qurulması prosesi davam edir

08.05.2020


Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin qurulması prosesini davam etdirir.

Bu barədə Müdafiə Sənayesi Nazirliyinin katibliyi məlumat yayıb. "S-400 zenit-raket komplekslərinin qurulması prosesi davam edir. Artıq müəyyən elementlər istifadəyə verilib”, - deyə katibliyin rəhbəri İsmayıl Dəmir bildirib. Onun sözlərinə görə, sistemlərə yalnız türk kompaniyalarının və hərbçilərinin tam girişi olacaq.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 "Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan "Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks halda Vaşinqton ən yeni F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb.

Rusiyanın hava hücumundan ən yeni müdafiə sistemləri S-400 zenit-raket kompleksləri 2019-cu il iyul ayının ortalarından Türkiyəyə çatdırılmağa başlanılıb.

Uzaq məsafəli zenit-raket sistemi - S-400 "Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Fəaliyyət radiusu 400 kilometrə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

Türkiyə Belarus və Çindən sonra "Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir.