04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"T-finans Ltd” MMC yeni tikiş fabriki açır - FOTO

08.05.2020

Dövran Media xəbər verir ki, "T-finans Ltd” MMC-nin bir neçə nəfərdən ibarət idarə heyəti mətbuat konfransı keçirib.

Ölkəmizdə və dünyada tətbiq edilən xüsusi karantin rejiminin şərtləri nəzərə alınaraq məhdud şəkildə  "Divan” otelində təşkil olunmuş konfrans Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirə giriş sözü ilə çıxış edən şirkətin səlahiyyətli nümayəndəsi Aygün Nuriyeva qonaqları salamlayaraq 10 May Ümummilli Lider Heydər Əliyevin doğum günündə açılışı nəzərdə tutulan Tikiş fabrikinin yaranmasından və bu yolda görülən işlərdən söz açıb. Sonra "T-finans Ltd” MMC-nin icraçı direktoru İlahə İlyasova da söz alaraq fabrikin yaranmasının məram və məqsədindən danışmış, gələcək planlardan söz açmışdır. İcraçı direktor həmçinin mətbuat nümayəndələrinin səsləndirdiyi sualları cavablandıraraq bildirib:

"2013-cü ildə fəaliyyətə başlamış "T-finans Ltd” MMC illərdir ökəmizdə müxtəlif növ qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrdəndir. Məhsullarımızın keyfiyyəti ilə cəlb etdiyimiz müştərilərimizin etibarı bizim üçün hər zaman prioritet olub. Elə bu səbəbdən də şirkətimizin kollektivi dünyanın düçar olduğu bu ağır pandemiya dövründə öz ənənəsinə sadiq qaldı. Belə ki, bir müddət əvvəl pandemiya təhlükəsinin ciddliyini nəzərə alan ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa ünvanladığı "Evdəqal" çağırışına biz də öz töhfəmizi verməyə çalışdıq. Əlbəttə ki, ölkə başçımızın xalqa ünvanladığı bu çağırış pandemiya təhlükəsinin qarşısını qısa zamanda almaq məqsədilə  bərabər həm də sosial yardımlaşmaya, birliyə, bərabərliyə dəvət idi. Gördüyümüz kimi dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizdən tutmuş ölkəmizdə fəaliyyət göstərən ən xırda müəssələrə, adi vətəndaşlara qədər hər bir şəxs səfərbər oldular. Bəli, o şirkətlərin sırasında "T-finans Ltd” MMC-nin imzası da var. Biz qısa müddət ərzində əlliyə yaxın işçi vakansiyası elan edərək tikiş fabriki açdıq. Fabrik ən keyfiyyətli texnoloji maşın və avadanlıqlarla  təchiz edillib. Peşəkar dərzilər cəlb eləmişik. Hazırda fabrikdə gigiyenik yataq dəstləri istehsal edilməkdədir.

 Və nəzərinizə çatdıraq ki, hazırda istehsal etdiyimiz gigiyenik yataq dəstləri körpələr evinə, qocalar evinə və müəyyən klinikalara pulsuz paylanacaqdır.
Əsas hədəfimiz təkcə paytaxtımızda deyil, eləcə də, bölgələrimizdə fabrikimizin yeni istehsal mərkəzlərini açmaq və çoxlu sayda vətəndaşımızı işlə təmin etməkdir.”
İcraçı direktor çıxışının sonunda tədbir iştirakçılarına xüsusi təşəkkürünü bildirdi.
Tədbirdə "T- finans LDT MMC"-nin təsisçisi Minayə Həmidova,  mətbuat katibi Səbuhi Bayramov və tanınmış aktrisa Xuraman Əlizadə şirkətin gələcək planlarından söz açmış və görüləcək işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Sonda  fabrikin istehsal edəcəyi bir sıra mallar nümunə olaraq tədbir iştirakçılarına nümayiş olunmuşdur.