04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün iki çarter reysi həyata keçirib

07.05.2020


Mayın 7-də Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. Həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib ki, daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvadan Bakıya bir çarter reysi həyata keçirilib. Həmin reysdə 169 həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən plana uyğun həyata keçirir.