25 08 2025-cu il Bakı 29 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Silahla qətlə yetirilib

07.05.2020

İsmayıllı sakini avtomobilində odlu silahla qətlə yetirilib.

İsmayıllı rayonunun ən ucqar şimal yaşayış məntəqəsi olan Mişgəmirli kəndinin sakini, 1973-cü il təvəllüdlü Soltanov Ağasəf Murtuz oğlu kənd qəbiristanlığı yaxınlığında İsmayıllı şəhərində yaşayan həmkəndlisi 2000-ci il təvəllüdlü Əzimov Şirxan Nazim oğlu tərəfindən qoşalülə ov tüfəngi ilə qətlə yetirilib. İlkin məlumata görə, qətl həmyerlilərin aralarında olan şəxsi münaqişə zəminində baş verib.

Cəsəd müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə gətirilib. İsmayıllı rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əzimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.