04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İmtahanlar yeni qaydalarla həyata keçiriləcək

07.05.2020

İmtahanların keçirilməsi, ali təhsil sistemində yay imtahan sessiyasının təşkili, müxtəlif məqsədli müsabiqələrin həyata keçirilməsi - bütün bu tədbirlər mövcud vəziyyətə uyğun yeni qaydalara və normalara müvafiq həyata keçiriləcək.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov deyib.

O, həmçinin bildirib: "Yeni normalar hazırlanıb. İlkin olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla Dövlət İmtahan Mərkəzi belə kütləvi tədbirlərin həyata keçirilməsinə dair yeni qaydalar hazırlayaraq Operativ Qərargaha təqdim edib. Operativ Qərargahda bu məsələlərə baxılıb. Tibb sahəsindən olan həmkarlarımız müvafiq təkmilləşmələr edərək sənədi təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim ediblər. Yaxın günlərdə bu sənədin təsdiq edilməsi planlaşdırılır”.