04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan ordusunda cinayətlərin sayı artır

07.05.2020


Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan yaşayış məntəqələrində yerləşdirilən bölmələrdə xidmət edən zabitlərin törətdikləri hadisə və cinayətlərin sayı durmadan artır.

Ermənistan KİV-ləri xəbər verir ki, Ermənistan ordusunun 3-cü dağ atıcı taboru komandirinin müavini David Tunyan içkili vəziyyətdə idarə etdiyi şəxsi avtomobili ilə qəza törədib.

Yol polisi əməkdaşlarının ifadələrinə görə, zabit D.Tunyan alkoqolun təsiri altında idarəetməni itirərək maşını körpüdən aşırıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan zabit hospitala təxliyə olunub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı açılan cinayət işi araşdırılması üçün hərbi polisə göndərilib.