04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İctimai nəqliyyatda rayış tələb olunacaq

07.05.2020


Fransa mayın 11-də təcridolma rejimindən çıxsa da ictimai nəqliyyatdan istifadə etmək üçün sərnişinlər işə getdiklərini əsaslandırmaq üçün rəhbərlərinin verdiyi arayışı təqdim etməli olacaqlar.

Bu barədə Fransanın nəqliyyat üzrə Dövlət katibi Batist Cabbari deyib.

O qeyd edib ki, ictimai nəqliyyatdan istifadə etmək üçün sərnişinlər mütləq sahibkarın verdiyi arayışı təqdim etməli olacaqlar. Arayışda işin başlama və bitmə saatları da qeyd edilməlidir.

Bildirilib ki, məqsəd ictimai nəqliyyatda sərnişin sıxlığının qarşısını almaqdır. Hələ ki, sözügedən arayış olmadıqda hər hansı bir cərimə nəzərdə tutulmayıb. Ancaq nəzarətçilər arayış olmayan sərnişinlərin nəqliyyatdan istifadə etmələrinə icazə verməyə bilərlər.