07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya mərhələli çıxış planı təqdim edir

07.05.2020


Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Federal Xidməti ("Rospotrebnadzor”) koronovirusun yayılması ilə bağlı təcrid tədbirlərini üç mərhələdə aradan götürməyi təklif edib.

Xidmətin rəhbəri Anna Popova Rusiya Prezidenti Vladimir Putin ilə videomüşavirədə təcrid tədbirlərini üç mərhələdə aradan qaldırmaq məqsədilə tövsiyələr hazırlandığını bildirib. Onun sözlərinə görə, birinci mərhələdə açıq havada bədən tərbiyəsi və idmanla məşğul olmağa, uşaqlarla gəzintiyə çıxmağa, məhdud sahəsi olan ticarət və xidmət obyektlərinin işinin bərpa edilməsinə icazə veriləcək.

İkinci mərhələdə ailə üzvləri ilə birlikdə küçədə gəzintilər, böyük sahəsi olan ticarət və xidmət obyektlərinin sosial məsafə gözlənilməsi şərti ilə açılması, təhsil müəssisələrinin fəaliyyətə başlaması nəzərdə tutulur. Üçüncü mərhələdə sosial məsafələr qorunmaqla park və bağlar, otellər, ictimai iaşə müəssisələrinin açılması təklif edilir. Anna Popova qeyd edib ki, təcrid tədbirlərinin mərhələlərlə aradan qaldırılmasına başlanması yalnız hər kəsin şəxsi məsuliyyətini anlaması şəraitində mümkündür.

Müşavirədə Moskva meri Sergey Sobyanin bildirib ki, mayın 12-dən paytaxtda bütün sənaye müəssisələri və tikinti obyektləri fəaliyyətini bərpa edəcək. Eyni zamanda, əhali üçün özünütəcrid rejimi mayın 12-dən sonra yumşaldılmayacaq.