08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan kütləvi həbslərə başladı

26.05.2018

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkədəki bir sıra oliqarxın yaxın adamlarının həbsinə başlayıb. 
"Dövran Media" xəbər verir ki, bu barədə informasiyanı "Jamanak” qəzeti yayıb. Həbs edilənlərin sayının onlarla olduğu bildirilib. Həbslərin xüsusilə Samvel Aleksanyanın yaxın adamlarına qarşı aparıldığı deyilib.
Qeyd edək ki, Aleksanyan Ermənistana şəkər və yağ idxalının monopoliyasını əlində saxlayır. O, Serj Sərkisyana yaxınlığı ilə seçilir. Aleksanyan Sərkisyan devrildikdən sonra avtomatik olaraq Nikol Paşinyanı dəstəkləyib. O, hətta baş nazir seçkisində Paşinyanın lehinə səs verənlər sırasında yer alıb.