06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran:1680 yoluxma, 78 ölüm

06.05.2020


Son sutka ərzində İranda 1680 nəfər koronavirusa yoluxub, 78 nəfər isə həyatını itirib.

Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. Ümumilikdə İranda virusa yoluxanların sayı 101 min 650 nəfərə, ölənlərin sayı isə 6 min 418 çatıb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 81 min 587 nəfər sağalaraq evə buraxılıb.

K.Cahanpur bildirib ki, koronavirusdan sağalanların sayına görə, İran dünyada 5 ölkədən biridir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İran üzrə nümayəndəsi Kristof Helman Tehrandakı İnnovasiya Mərkəzində olub və koronavirusa yoluxan xəstələrin qan plazması və müalicəsi ilə maraqlanıb. O, nəzərə çatdırıb ki, ÜST İranın koronavirusla mübarizə üsullarını və xəstələrin müalicə metodunu dəstəkləyir və yüksək qiymətləndirir.