19 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çinlilər daha çox dondurma yeməyə başlayıblar

05.05.2020


Çində COVID-19 pandemiyası fonunda dondurma satışları xeyli artıb. Analitiklərin fikrincə, dondurmanın populyarlığı çinlilərin məcburi izolyasiya zamanı kulinar vərdişlərinin dəyişməsi ilə əlaqədardır.

İndiyə qədər Çində dondurma satışlarının 80 faizi yay aylarına təsadüf edirdi. Əsasən kiçik dükanlar tərəfindən pərakəndə satılan dondurma adətən evdə yeyilmirdi. Koronavirus epidemiyası dövründə isə vəziyyət dəyişdi: dondurma internet vasitəsi ilə sifariş edilərək evlərdə də yeyilməyə başlandı. Bu, istehsalçılara pərakəndə satış məntəqələrinin bağlı olmasına baxmayaraq hətta qış fəslində belə satışları artırmağa imkan verdi. Məhsullarının internet vasitəsilə çatdırılmasına bel bağlayan kompaniyalar fantastik sifarişlərlə üzləşdi. Dondurma istehsalı ilə məşğul olan "Chicecream” kompaniyasının satışları mart ayında 1000 faiz artdı.

Hazırda dünyanın ən böyük dondurma bazarına malik Çində bu məhsulun istehsalı 8,5 milyard dollar həcmində qiymətləndirilir.