03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə qadağalar yumşaldılır

04.05.2020


Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar yumşaldılır.

Bu barədə Türkiyə Prezidenti COVID-19 pandemiyası ilə əlaqədar ölkədə keçirilən Nazirlər Kabinetinin növbəti toplantısından sonra mətbuata açıqlamasında bildirib.

Ölkədə pandemiyadan sonraki dövrə keçid planı barədə danışan Rəcəb Tayyib Ərdoğan burada may, iyun və iyul aylarının əsas rol oynayacağını bildirib. Türkiyə Prezidenti mayın 10-dan etibarən yumşaltma tədbirləri çərçivəsində ilkin mərhələdə yaşı 65-dən yuxarı və 20-dən aşağı olanların həftənin müəyyən günləri evdən çıxmalarına icazə veriləcəyini, mayın 11-dən isə alış-veriş mərkəzi, gözəllik salonları kimi ictimai obyektlərin fəaliyyətə başlayacağını bildirib.

Qeyd edilib ki, ölkənin 31 şəhərində tətbiq olunan giriş-çıxış qadağası Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mərsin və Muğla olmaqla yeddi şəhər üçün dayandırılır. İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə isə bu qadağa davam etdiriləcək. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, həftəsonu qadağalarının da bir müddət eyni şəkildə davam edəcəyini, iyunun 15-dən isə universitetlərin fəaliyyətə başlayacağını söyləyib.

Ölkədə sosial dəstək paketinin 200 milyard dolları keçdiyini deyən Rəcəb Tayyib Ərdoğan COVID-19-la mübarizədə başladılan "Biz bizə yetərik Türkiyəm” kampaniyası çərçivəsində toplanan vəsaitin 1 milyard 910 milyon lirə olduğunu bildirib.