11 07 2020-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
11/07/2020
10/07/2020
09/07/2020
08/07/2020
07/07/2020

“Brent” neftinin qiyməti 29 dolları ötüb

05.05.2020


Birjalarda neftin qiyməti son 9 ay ərzində ən böyük sutkalıq artım tempini nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, neftin qiyməti hasilat məhdudiyyətlərinin tətbiqi fonunda artım dinamikasını beşinci gündə də davam etdirir. Tədarük bolluğuna dair ən pis ssenarinin geridə qaldığına dair bazarda yaranan optimist fikirlər də "qara qızıl”ın qiymətinin bahalaşmasına təsir göstərir. Belə ki, hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 29,02 dollara, "Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 22,37 dollara alıcı axtarır.