29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusla mübarizə üçün beynəlxalq ictimaiyyəti birliyə çağırıb

05.05.2020


Yaponiyanın Baş Naziri Şinzo Abe koronavirus pandemiyasına qalib gəlmək üçün beynəlxalq ictimaiyyəti birliyə çağırıb.

Bu məqsədlə dünya birliyinə müraciət edən Şinzo Abe deyib: "Xəstəliyə yoluxmaq təhlükəsi sərhədlər tanımır. Dünya ictimaiyyəti bu böhranı aradan qaldırmaq üçün birləşməlidir”.

Qeyd edək ki, Baş Nazirini bildirdiyinə görə Yaponiya hökuməti koronavirusa qarşı vaksinin hazırlanması məqsədilə 800 milyon dollar vəsait ayırmağa hazırlaşır. Bu vəsaitin təqribən 234 milyon dolları vaksinin hazırlanması ilə məşğul olan Epidemiyalara Hazırlıq Sahəsində İnnovasiyalar Naminə Qlobal Birlik (CEPI) və digər beynəlxalq təşkilatlara yönəldiləcək.

Yaponiya hökuməti cari ayda koronavirus xəstələrinin müalicəsi zamanı "Favipiravir” ("Avigan”) dərmanından istifadəyə razılıq verib. Bununla bağlı sınaqları sürətləndirmək barədə Baş Nazirin Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə xüsusi tapşırıq verdiyi də qeyd edilir.

Xatırladaq ki, mayın 4-də hökumət Yaponiyada fövqəladə vəziyyət rejiminin mayın 31-dək uzadılması barədə qərar qəbul edib.

Əlavə olaraq bildirək ki, son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 15900 nəfəri keçib. Onlardan 322 nəfərinin vəziyyətinin çox ağır olduğu, 563 nəfərin isə öldüyü bildirilir.