29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Turistlər Maldiv adalarını tərk edə bilmir

04.05.2020


Pandemiya səbəbindən yüzlərlə turist Maldiv adalarından vətənlərinə qayıda bilmir.

Weather.com saytı xəbər verir ki, Maldiv adalarının Turizm naziri Əli Vahid hazırda 500 turistin adada qaldığını deyib. Onun sözlərinə görə, hökumət kurortlarda qalmağa imkanı olmayan səyahətçilərə yardım edir.

Koronavirus pandemiyası səbəbindən sərhədi bağlayan və aviasiya əlaqəsini dayandıran Maldiv adalarının turizm infrastrukturu xeyli zərərə uğrayıb. Bu, ümumdaxili məhsulunun 28 faizini turizm gəlirləri təşkil edən düşən dövlətin iqtisadiyyatına ciddi zərbədir.