09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin Türkiyəyə təzyiqi ədalətsizlik adlandırıb

26.05.2018

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Rusiyadan C-400 raket kompleksləri alması ilə əlaqədar bu ölkəyə təzyiq göstərilməsini ədalətsizlik adlandırıb.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə Vladimir Putin bildirib ki, Türkiyənin NATO-nun üzvü olmasına baxmayaraq, Rusiyadan silah almasında qeyri-adi heç nə yoxdur. Rusiya, məsələn, Yunanıstana da C-300 raketləri satır. Kimdən silah alıb-almamağı Türkiyə özü həll etməlidir. Bu sövdələşmə ilə əlaqədar Türkiyəyə təzyiq göstərilməsi ədalətsizlikdir.
Rusiya Prezidenti əmin olduğunu bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təzyiqlərə davam gətirəcək və güzəştə getməyəcək. O deyib: "Mən Prezident Ərdoğanın xasiyyətinə bələdəm. İnanmıram ki, kimsə ona təzyiq göstərib istədiyinə nail ola bilər”.