29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

126 terrorçunu məhv edilib

03.05.2020


Misir ordusunun Mərkəzi və Şimali Sinay əyalətlərində həyata keçirdiyi 12 antiterror əməliyyatı zamanı 126 terrorçu öldürülüb.

Bu barədə Misir Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Tamer Əl-Rəfai məlumat verib.

Məlumatda qeyd edilib ki, terrorçulara qarşı aparılan hərbi əməliyyat zamanı 15 hərbçi həlak olub və ya yaralanıb. Həlak olan hərbçilərin dəqiq sayı açıqlanmır. Ordunun Sinay yarımadasının mərkəz və şimal hissəsində antiterror əməliyyatı qərarı iki gün öncə bu ərazidə terrorçular tərəfindən törədilən və hərbçilərin həlak olmasına səbəb olan partlayışdan sonra verilib.

Silahlı Qüvvələrin məlumatında bildirilib ki, məhv edilən terrorçuların düşərgələrində çoxlu silah-sursat, 630 partlayıcı qurğu, 6 yeraltı tunel, 228 sığınacaq və 116 nəqliyyat vasitəsi aşkar edilib.