29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belarusda koronavirusdan ölənlər alkoqol xəstəliyindən vəfat edənlərdən təxminən 5 dəfə azdır

03.05.2020


Belarusda ölüm halları azalır, koronavirus infeksiyasından ölənlər isə alkoqol xəstəliyindən vəfat edənlərdən təxminən 5 dəfə azdır.

BELTA xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə epidemioloji vəziyyətə dair keçirilən iclasda məlumat verib.

Prezidentin sözlərinə görə, mayın 2-nə olan statistikada Belarusda koronavirusdan 97 nəfər ölüb. Bu ilin 4 ayında isə ölkədə alkoqol xəstəliyindən 482 nəfər ölüb, 470 nəfər isə özünə qəsd edərək həlak olub. Baş verən yanğın nəticəsində 218, yol qəzasında 163 nəfər ölüb. Belarus sularında 89 nəfər boğulub. Göründüyü kimi koronavirusdan ölüm statistikası daha aşağıdır.

A.Lukaşenko qeyd edib ki, bu il Belarusda ölüm halları ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.