29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İngiltərə Premyer Liqasındakı ən yaxşılar siyahısında Renat Dadaşov da var

03.05.2020

İngiltərə Premyer Liqasında iştirak edən ən yaxşı əcnəbi futbolçular müəyyənləşib.

"Givemesport” nəşri bununla bağlı araşdırma aparıb. Hazırda 66 fərqli yığma komandadan olan futbolçuların Premyer Liqa klublarında çıxış etdiyi vurğulanıb.

Siyahıda "Vulverhempton” klubunda yer alan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da var. 21 yaşlı hücumçunun çempionatdakı yeganə azərbaycanlı futbolçu olduğu və əsas komandada debüt etmədiyi vurğulanıb. Dadaşovun 6 dəfə Azərbaycan millisinin formasını geyindiyi də yazıda əksini tapıb.

İndiyədək İngiltərə Premyer Liqasında 111 ölkənin futbolçuları çıxış edib.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton”la 4 illik müqavilə imzalayıb.