29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bərbərə və salonlara getmək istəyənlər “2” ilə icazə almalıdırlar

03.05.2020


Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda 8103 SMS icazə sistemi mayın 31-dək qüvvədə olacaq. Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda evdən çıxmaqla bağlı məhdudiyyət qüvvədə olduğundan həmin sahələr üzrə xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar SMS icazə sistemindən istifadə etməlidirlər.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Onun sözlərinə görə, vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün "2” kodu üzrə icazə almalıdırlar. Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir.