29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş imam və Roma Papası birgə bəyanat yayıblar

03.05.2020

Misirin Əl-Əzhər İslam Universitetinin Baş imamı Şeyx Əhməd əl-Tayyib və Roma Papası Fransisk mayın 14-də bütün dinlərdən olan insanları koronavirus pandemiyasına qarşı birlikdə dua etməyə çağırıblar.

Dini liderlər bununla bağlı birgə bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, həmin tarixdə dünyanın bütün dindarları pandemiyanın tezliklə aradan qalxması və alimlərin koronavirusa bəlasına çarə tapması üçün dua edəcəklər. Qeyd olunub ki, ötən ilin fevralında Əl-Əzhər İslam Universitetinin baş imamı və Roma Papası arasında imzalanmış "İnsanların Qardaşlığı” adlı sənəddə din xadimlərinin bəşəriyyətin üzləşdiyi fəlakətlərə qarşı həmrəylik nümayiş etdirməsi niyyəti təsdiq edilib.

Roma Papası ötən cümə günü müqəddəs Ramazan ayının başlaması münasibətilə Əl-Əzhər baş imamının timsalında bütün müsəlmanları təbrik edib. Şeyx Əhməd əl-Tayyib və Roma Papası Fransisk COVID-19 pandemiyasına qarşı həmrəylik məsələsini müzakirə ediblər.