29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misirdə koronavirusa 6 min yoluxma var

03.05.2020


Misirdə son sutka ərzində COVID-19 virusuna 298 nəfərin yoluxduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların sayının 6193-ə çatdığı qeyd olunur. Son bir ay ərzində isə bu ölkədə koronavirusa 5 mindən çox yoluxma halı qeydə alınıb.

Məlumatda mayın 2-də COVID-19 virusundan 9 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 415 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 62 nəfər sağalıb. Misirdə indiyədək xəstəxanalarda 1522 pasiyent tam müalicə olunub.

Misirin Səhiyyə naziri Halə Zayid bildirib ki, ölkədə pandemiyanın yayılma səviyyəsi proqnozlara uyğundur. Onun sözlərinə görə, cümə günü 6 min insan koronavirus testindən keçirilib. Həyatını itirənlərin 60 faizi isə xəstəliklə bağlı gec müraciət edənlərdir. Nazir vurğulayıb ki, COVID-19 əleyhinə vaksin tapılana qədər insanlar gündəlik həyatda bu virusdan qorunmağa diqqət yetirməlidir.