08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə-Rusiya yaxınlaşması güclənir - SƏBƏB

26.05.2018

ABŞ-ın F-35 qırıcı təyyarələrinin Türkiyəyə satmaqdan imtina etməsi Türkiyə- Rusiya münasibətlərini daha da gücləndirəcək.
"Dövran Media" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Pentaqon büdcəsinə aid qanun layihəsini qəbul edib. Layihədə Pentaqondan Türkiyənin S-400 hava müdafiə sistemlərinin satın alma prosesi, bunun iki ölkə arasındakı münasibətlərdə  potensial təsirləri haqqında hesabatların hazırlanması və bu məsələlər həll edilənə kimi F-35 qırıcı təyyarələrinin satışının təxirə salınması nəzərdə tutulur.
Rusiyalı ekspertlər belə düşünür ki, F-35 qırıcı təyyarələrinin Türkiyəyə satılmasından imtina edilərsə, ölkənin NATO ilə əlaqələri pisləşəcək. Və getdikcə vəziyyət daha da gərgin ola bilər. Rusiyalı ekspert Oleq Ponomarenko bildirib ki, 100 qırıcı təyyarə vəziyyətin nə qədər ciddi olduğunu deməyə əsas verir: " Türkiyə ilk günlərədn bu proqramın tərəfdaşıdır. 100 qırıcı təyyarədən imtina edilməsi vəziyyəti çox gərginləşdirəcək”.
Rusiyalı ekspertlərin fikrincə ABŞ, Türkiyənin etibarlı müttəfiqi olmadığını anlamağa başlayır. ABŞ həmişə NATO-da  dominant mövqeyində olub. Ancaq yavaş-yavaş dominatlığını itirməkdədir.