07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda vəziyyət necədir

02.05.2020


İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. O bildirib ki, son 24 saat ərzində 802 nəfər virusa yoluxan aşkar edilib, 62 nəfər isə həyatını itirib.

Ümumilikdə İranda koronavirusa yoluxanların sayı 96 min 448 nəfərə, ölənlərin sayı isə 6 min 156-ya çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 77 min 350 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi qeyd edib ki, yoluxma və ölüm halları azalmaqda davam edir. Lakin vətəndaşlar diqqətli olmalı, sosial məsafəni gözləməli, tibbi maska və əlcəklərdən istifadə etməlidirlər.