07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kim Çen In ictimaiyyət qarşısına çıxdı

02.05.2020


Koreya Mərkəzi Teleqraf Agentliyi KXDR lideri Kim Çen Inın aprelin 11-dən bu yana ilk dəfə ictimaiyyət qarşısına çıxdığı barədə məlumat yayıb.

Yonhap agentliyinə istinadla xəbər verir ki, KXDR lideri mayın 1-də Sunçhon şəhərində gübrə zavodunun tikintisinin başa çatması ilə bağlı təntənəli mərasimdə çıxış edərək açılış lentini kəsib.

Koreya Mərkəzi Teleqraf Agentliyi Kim Çen Inın zavodun açılış mərasimində çəkilmiş fotoşəkillərini və videogörüntülərini dərc edib.

Qeyd edək ki, Kim Çen Inın uzun illər ərzində ilk dəfə olaraq babası, KXDR-in qurucusu Kim İr Senin doğum günü ilə əlaqədar təntənəli mərasimdə iştirak etməməsi Şimali Koreya liderinin səhhəti ilə bağlı şayiələrə səbəb olmuşdu.