08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paytaxt küçələri dezinfeksiya olunur

02.05.2020

DİN-in xüsusi avtonəqliyyat vasitələri yenidən paytaxt küçələrinin dezinfeksiya olunmasına cəlb edilib
Bakıda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədilə paytaxtın bütün rayonlarında əlavə tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhər əhəmiyyətli küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə nazirliyin xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub. Nazirliyin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərlərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı, paytaxt küçələrinin dezinfeksiya olunması işlərində də yaxından iştirak edirlər.