45 min 445 nəfər inzibati məsuliyyətə cəlb edilib 
    
                          
     
                         02.05.2020
 
    
                        					
Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.
İdarədən bildiriblər ki, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 45 min 445 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.